Laçın Suvarma Sistemləri İdarəsi iki tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi “Azdövsutəslayihə” İnstitutu (VÖEN: 1300359461) olub.
Şirkətlə "Vağazin U-15 kanalının (üzərindəki qurğularla birlikdə) layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması" tenderi üzrə 8 900, "Qarqışlaq-1 tərpənməz nasos stansiyanın təmir işlərinin layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması" tenderi üzrə 7 900 manat məbləğində müqavilə imzalanıb.