“Azərsu” ASC Neftçala rayonunun Kür çayı boyu yerləşən kəndlərinin su təminatının yaxşılaşdırılması işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 13 milyon 100 min 161 manatlıq tenderin qalibi Protean Construction ASC seçilib.
Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.