Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin "Avtomobil və istehsalat nəqliyyat vasitələri üçün tələb olunan ehtiyat hissələrinin satınalınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv edilmə mətni - “Dövlət satınalmaları haqqında” Qanununun 11.1-ci maddəsinə əsasən, tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı 3 (üç) dən az olduğundan, tenderin davamından imtina edilsin.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.