Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin tenderi ləğv olunub.
FED.az xəbər verir ki, qurum tərəfindən 31.05.2023-cü il tarixində elan olunmuş “Cari təmir üzrə Zərdab və Kürdəmir rayonları ərazisində yerləşən Göyçay və Girdimançay çaylarında mexanizmlərlə yerinə yetiriləcək torpaq işləri”nin satın alınması üzrə açıq tender prosedurunda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsini rəhbər tutaraq iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda açıq tender prosedurun davamından imtina olunur.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Əlaqələndirici şəxs - Mehdizadə Böyükağa Faiq oğlu
Əlaqələndirici şəxsin nömrəsi - 0212357267
Digər əlaqə vasitələri - [email protected]