Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərcümə xidmətləri; kollektiv inkişaf təlimləri və ixtisasartırma kursları; sərgi və tədbirlərin təşkili ilə bağlı tender elan edir.
FED.az TENDER xəbər verir ki, tender 3 (üç) lot üzrə keçiriləcək.
-
lot 1 - Tərcümə xidmətləri
-
lot 2 - Kollektiv inkişaf təlimləri və ixtisasartırma kursları
-
lot 3 - Sərgi və tədbirlərin təşkili
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu AZ1025, Bakı şəhəri, Nobel prospekti 25E (Bakı Ağ Şəhər ofis binası) (Əlaqələndirici şəxs : ELÇİN DADAŞOV İBADƏT OĞLU , telefon : (+994 12) 525 01 18) ünvanından ala bilərlər.
İştirak haqqı:
-
lot 1 - 50 AZN
-
lot 2 - 50 AZN
-
lot 3 - 300 AZN
Bank rekvizitləri:
-
Hesab: AZ25CTRE00000000000002598301
-
VÖEN: 1401555071
-
Bank: Dövlət Xəzinədarlığı Agentliyi, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifat kodu 142319
-
Kodu: 210005
-
M/H: AZ41NABZ01360100000000003944
-
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
-
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
-
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 01.05.2019 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 13.05.2019 18:00 qədər AZ1025, Bakı şəhəri, Nobel prospekti 25E (Bakı Ağ Şəhər ofis binası) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14.05.2019 18:00 tarixində AZ1025, Bakı şəhəri, Nobel prospekti 25E (Bakı Ağ Şəhər ofis binası) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.