İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda “Makroiqtisadi göstəricilər üzrə məlumatların təhlilini və hesabatlılığını təmin edən “Microsoft Power BI” texnologiyası əsasında hazırlanmış “Power BI” proqram təminatının təkmilləşdirilməsi və texniki dəstəyin göstərilməsi”nin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: +994 12 403 87 93
Satınalan təşkilatın ünvanı: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, L.Landau küçəsi, 16
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 10.05.2023 10:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 24.05.2023 18:00
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.