Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı İKT avadanlıqlarının, iş və xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edir.
Bakı Metropoliteni kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi, podratçının ixtisas göstəricilərinin uyğunluğu.
Əlaqələndirici şəxs: Daşqın Darçınov
Əlaqə telefonu: (024)22-5-21-57 , daxili 104
Ünvan: Zaqatala şəhəri, Əhməd Rəcəbli küç. 4
Tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot-1. İKT avadanlıqlarının, iş və xidmətlərinin satınalınması
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba 200 (iki yüz) manat məbləğində vəsaiti ödədikdən sonra, tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri
VÖEN 5101144671
Bankın adı: “Kapital Bank” ASC-nin Zaqatala filialı
VÖEN 9900003611
M/H AZ37NABZ01350100000000001944
H/H: AZ86AİİB36015019440134654139
Kodu: 200394
SWİFT: AİİBAZ2X
Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2.Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3.Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır)
4.Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:
4.1. Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2.Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
4.3.Malgöndərənin ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);
4.4.Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
4.5. Malgöndərənlər tərəfindən işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
4.6.Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
4.7.Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təstiq edən sənədlər
Malgöndərən 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 01.07.2021-ci il saat 15:00 kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər öz tender təkliflərini və bank zəmanətini 09.07.2021-ci il, saat: 15:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 12.07.2021-ci il tarixində saat: 15:00-da - elektron portal vasitəsilə açılacaqdır.