İmişli Rayon İHB-nın İmişli Şəhər Ərazisi üzrə Nümayəndəliyi İmişli şəhər Pənah Həsənov küçəsində səkinin əsaslı təmiri və küçədə zibil yerlərinin düzəldilməsi ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "İlay Təmir Tikinti" MMC (VÖEN: 1603509061) olub.
Qalib şirkətə 341 353 manat ödəniləcək.
"İlay Təmir Tikinti" MMC 2021-ci ildən bu yana cəmi 5 tenderin qalibi seçilib.