İmişli Suvarma Sistemləri İdarəsi dörd tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Cari təmir üçün beton boru və Su novlarının satınalınması" tenderinin qalibi AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI ASC-NİN BƏHRƏMTƏPƏ MELİOSERVİS İDARƏSİ olub. Qalib şirkətə 29 453 manat ödəniləcək.
"Nasos ehtiyyat hissələri və elektrik mallarının satınalınması" tenderinin qalibi "Baku Supply Company" MMC-dir. Qalib şirkətə 21 701 manat ödəniləcək.
Digər iki tenderin qalibi "SQS Qrup"dur.
İmişli Suvarma Sistemləri İdarəsinin balansında mənbəyi "Araz" çayından olan suvarma kanallarının lildən təmizlənməsi işlərinin satınalınması.- 89 361 manat.
İmişli Suvarma Sistemləri İdarəsinin balansında olan mənbəyi "Yuxarı Qarabağ" kanalı və "Kür" çayından olan suvarma kanallarının lildən təmizlənməsi işlərinin satınalınması - 105 231 manat.