Azərbaycanda tibbi avadanlıqların və dərmanların tədarükü ilə məşğul olan «Araş Medical Company» MMC ilin əvvəlindən indiyədək dövlət təşkilatlarının elan etdiyi tenderlərdə 18,3 milyon manatdan artıq həcmdə müqavilə qazanıb.
FED.az dövlət satınalmalar portalına istinadən xəbər verir ki, ilin əvvəlindən indiyədək adı çəkilən şirkət dövlət qurumlarının elan etdiyi müxtəlif tender və kotirovka sorğularında 18 dəfə qalib gəlib.
Dövlət qurumları arasında Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Daxili İşlər Nazirliyinin Tibb idarəsi, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi və başqaları var.
«Araş Medical Company» MMC bu təşkilatlara xəstəxanaların və sanatoriyaların təmiri və tikintisi, dərman və avadanlıqların alınması, xəstəxanaların tibbi avadanlıqlarla təchizatı kimi çoxşaxəli xidmətlər göstərib.
Şirkətin bu dövrdə qazandığı ən böyük müqavilələr Səhiyə Nazirliyi ilə (Şəmkir rayonu Kür qəsəbəsində xəstəxana binasının təmiri, avadanlıqlarla və inventarlarla (tibbi avadanlıqlarla) təchizatı işləri) 2 milyon 497 min manatlıq, (Bakı şəhərində Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri) üzrə 3,5 milyn manatlıq, Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi (tibbi avadanlıqlarla təchizatı) işləri üzrə 2,2 milyon manatlıq və sair olub.
İlin əvvəlindən 18 milyon manatlıq tender – QAZANAN ŞİRKƏT
11:05
30 May 2019