“SM Construction” 2023-cü il başlayandan ilk 15 gün ərzində iki tender üzrə 3 milyon manatlıq tenderlərin qalibi olub.
- Daha bir «tender çempionu» tapıldı: «SM Construction Supplies» MMC hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
-
"SM Construction Supplies" universitetin korpusunu təmir edəcək - 2,8 MİLYON MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, ilk qalib kimi Bakı Baş Səhiyyə Mərkəzinin “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinin binalarına və isitmə sistemlərinin cari təmir xidmətinin satın alınması” tenderi üzrə seçilib. Həmin tenderin məbləği 2 067 018 manatdır.
Növbəti sifarişi isə Xaçmaz Rayon Mərkəzinin 990 040 manat dəyərindəki “Qeyri-yaşayış binalarının əsaslı təmiri” tenderi üzrə alıb.
İki tenderin ümumi məbləği 3 057 058 manatdır.
Qeyd edək ki, şirkət keçirilmiş müsabiqələr üzrə ümumilikdə 10 tenderin qalibi seçilib, 12 tender üzrə isə satınalma müqaviləsi bağlayıb.
Əlavə məlumat üçün bildirək ki, “SM Construction” MMC (VÖEN: 1404327661) 20.08.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 88 500 manatdır. Qanuni təmsilçisi Ehtiram Heydərli Etibar oğludur. Hüquqi ünvanı isə Az1111, Bakı Şəhəri Nəsimi Rayonu, Cavad Xan, ev 70, m. 19-də yerləşir