Ağstafa Rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi Ağstafa şəhərində kommunal yaşayış binalarının əsaslı təmiri üzrə tender elan edir.
6.8 milyon manatlıq tenderin – QALİBİ AÇIQLANDI
Fed.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.05.2022 18:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Rekvizitlər - mütləqdir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - Mütləqdir.
Tenderdə iştirak etmək üçün müraciət - iştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanır, möhürlənir və skan edilərək PDF formatında portalda yerləşdirilir.
Mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış - mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilir.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti (notariusun möhür və imzası olan səhifə də) skan edilərək PDF formatında Portalda yerləşdirilir. Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilir və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanır, möhürlənir və skan edilərək PDF formatında Portalda yerləşdirilir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Həmidova Ülkər
Əlaqə: 0555390311