“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC "Dəstək xidmətinin göstərilməsinin, AVİS-in fəaliyyətini təmin edən lisenziyanın, SSL sertifikatının və domen adı"nın satın alınması üzrə tenderin qalibini açiqlayib.
Nazirlik yeni tender – ELAN EDİR - BU ŞƏRTLƏRLƏ
FED.az xəbər verir ki, 6 840 054 manatlıq tenderin qalibi “Cybernet" MMC olub.
Xatırladaq ki, “Cybernet" MMC bundan əvvəl Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi üzrə 8 923 821 manatlıq tenderin qalibi olub.