Ağdam Rayon İcra Hakimiyyəti Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin ödənilməsi işləri üzrə tender elan edir.
Eləcə də bax: Dövlət Agentliyi 2 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
18.04.2022-ci il saat 20:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması - arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması - sənədin PDF formatında yerləşdirilməsi zəruridir.
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması - sənədin PDF formatında yerləşdirilməsi zəruridir.
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Sənədin PDF formatında yerləşdirilməsi zəruridir.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması
Müvafiq icra hakimiyyəti orqanından alınmış sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Rekvizitlər - iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - İlkin Aslanov, Ağdam Rayon İHB Aparatının Memarlıq və tikinti şöbəsinin mühəndisi
Əlaqə: 0263250293