Ağcabədi Rayon İcra Hakimiyyəti Ağcabədi şəhəri H.Əliyev parkında, H.Əliyev prospektində və şəhərin digər küçə və prospektlərində abadlıq və təmir işləri” ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 3400101701
Satınalan təşkilatın ünvanı: AZ 0400 Ağcabədi şəhəri H.Əliyev prospekti 124
Müsabiqənin başlama tarixi və vaxtı: 20.04.2023 19:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.05.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.05.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 25.05.2023 17:00
Çatdırılma yeri - Ağcabədi şəhəri, H.Əliyev pr. 24
Çatdırılma müddəti - 2023 ci ilin sonuna dək
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kazımov Musa,
sektor müdiri - baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: 0212755208
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
İddiaçının bank rekvizitləri
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən möhürlə təsdiq olunmuş maliyyə hesabatı - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır;
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə)
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması; İddiaçının işlərin həyata keçirilməsi üçün maliyyəimkanlarının olması (Audit hesabatı)
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi (Oxşar iş təcrübələri-iş bitirmə sənəd).Özündə yoxdursa işin icrası üçün müqavilə bağlayacağı şirkətin (podratçının) sənədləri də olar
Malgöndərənin texniki imkanları (Tikinti ləvazimatları və texnikaları). Özündə yoxdursa işin icrası üçün müqavilə bağlayacağı şirkətin (podratçının) sənədləri də olar.
Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu (Təcrübəli mütəxəssisləri)