İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi xidmət alan vətəndaşların real həyat hekayələrinə dair video çarxların çəkilişi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tədbirlərində foto çəkilişlərin həyata keçirilməsi xidmətlərinin satın alınması üzrə tender elan edir.
Təmir işləri üzrə böyük tender elan olundu - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 23.09.2022 17:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov
Əlaqə: (012) 310 07 70 (2022)
Alınacaq xidmətlərin siyahısı:
1 İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət alan vətəndaşların real həyat hekayələrinə dair video çarx. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 2-5 dəqiqə. 24 ədəd
2 Həyat hekayələrinin tizerləri. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 15 saniyə. 24 ədəd
3 Həyat hekayələri əsasında ümumiləşdirilmiş video çarx. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 1 dəqiqə. 1 ədəd
4 Foto çəkilişlər (retuş olunmaqla). Format: jpg Minimal keyfiyyət: 5184×3456 piksel Hər çəkiliş üçün təhvil veriləcək minimal foto sayı: 25 ədəd. 15 ədəd