"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması məqsədilə açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 1 500 manatdır və son müraciət tarixi 30 sentyabr 2022-ci ilə kimidir.
Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından (Əlaqələndirici şəxs: Anar Rəhimov, Telefon: (+99412) 310-07-70 (daxili: 2022), E-mail: [email protected]) ala bilərlər.
Tender 1 lot üzrə keçirilir:
LOT-1. Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs
VÖEN: 1701911851
Hesab: AZ52AIIB38090019440013375105
Bank: "Kapital Bank" ASC-nin Səbail filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200059
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK -AIIBAZ2X