"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ tərəfindən elan edilmiş növbəti iri tender gözlənilmədən ləğv edilib.
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
FED.az xəbər verir ki, söhbət agentliyin icra etdiyi layihələrin tətbiqlərinin performansının izlənməsi məqsədilə nəzərdə tutulan “Tətbiqlərin Performans Monitorinqi (APM – Application Performance Monitoring)” sisteminin satın alınmasından gedir.
Tenderin ehtimal olunan dəyəri 529.584,00 AZN təşkil edirdi və bu məbləğ dövlətin rəqəmsal infrastruktura ciddi sərmayə qoymağa davam etdiyini göstərirdi. Müsabiqə 15 oktyabr 2024-cü il saat 13:28-də elan olunmuşdu və təkliflərin son təqdim olunma tarixi 5 noyabr 2024-cü il saat 16:00 idi. Elə həmin tarixdə də tender zərflərinin açılması planlaşdırılmışdı.
Lakin Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunun 36.1.6-cı bəndinə əsasən, tender maliyyələşdirilmənin dayandırılması səbəbi ilə rəsmi şəkildə ləğv edilib. Bu qərar dövlət qurumlarının büdcə planlamasında baş verən dəyişikliklərlə və ya prioritetlərin dəyişməsi ilə əlaqəli ola bilər.
Qeyd edək ki, bu kimi hallar tender prosesinin normal gedişində nadir də olsa rast gəlinən vəziyyətlərdəndir.