Əmlak Məsələləri Dövlət Komitəsi Hökumət Evində 2-ci və 9-cu mərtəbələrin əsaslı təmir və yenidənqurma işlərinin satınalınması üzrə açıq tender elan edir.
Tenderdə əsaslı təmir və yenidənqurma işlərinin görülməsi sahəsində ixtisaslaşan peşəkar rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 1000 (bir min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən bank hesabına köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (Əmlak Məsələləri Dövlət Komitəsi, otaq № 806, tel.: +99412 4902408, əlavə 242; faks: +99412 4903359) ünvanından ala bilərlər:
Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T. bik: CTREAZ22
Alan: Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
H/H: AZ84CTRE00000000000002647970
Büdcə səviyyəsinin kodu - 7
Büdcə təsnifatının kodu - 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)
4. Tender təklifi dəyərinin 1 (bir) %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)
5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayışı
7. İddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri
8. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
9. İddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər
10. Digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
İddiaçılar konsorsium yaratmaqla tenderdə iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini qapalı, möhürlənmiş və imzalanmış ikiqat zərflərdə iki nüsxədə (üzərində “Əsli” və “Surəti” yazılmış) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin “Əsli” və “Surəti” arasında fərqlər olduqda üstünlük üzərində “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 6 (altı) ay müddətində icra olunmalıdır.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- iddiaçının bu sahədəki iş təcrübəsi;
- iddiaçının görüləcək işlərin təşkilinə dair təklifləri;
- görüləcək işlərin dəyəri.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 14 may 2019-cu il tarixinə qədər (saat 17:00-dək), tender təklifini və təklifin bank təminatını isə qapalı, möhürlənmiş, imzalanmış ikiqat zərflərdə 22 may 2019-cu il tarixinə qədər (saat 17:00-dək) Bakı şəhəri, Yusif Səfərov küçəsi, 50 (otaq № 806, əlaqələndirici şəxs - Tural Qurbanov) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 23 may 2019-cu il tarixində (saat 11:00-da) Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50 (otaq № 310) ünvanında açılacaqdır.
Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.
Hökümət Evində təmir işləri – TENDER
12:36
10 Aprel 2019