Hesablama Palatası tərəfindən daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi "Paşa Sığorta" ASC olub. Müqavilənin dəyəri 10 947 manat təşkil edir. Satınalma "Birbaşa" metodu ilə baş tutub.
Qeyd edək ki, "Paşa Sığorta" ASC bu yaxınlarda (05.02.2026) Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi ilə xidməti nəqliyyat vasitələrinin icbari sığortası üzrə 1 000 manat dəyərində "Birbaşa" satınalma müqaviləsi də imzalayıb.











