Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi Yaşıllıqların salınması" işlərinin satın alınması üzrə 2 tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 243 080 və 147 500 manatlıq hər iki tenderin qalibi "ASTROİT" MMC olub.
Qeyd edək ki, tenderlərin ümumi dəyəri 390 580 manatdır.
Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.