GL və onun ortaq şirkətlərinin tenderlərində iştirak etmək istəyənlərin nəzərinə.
İlkin qiymətləndirmə prosesindən keçmək üçün müvafiq imeyl adresləri vasitəsilə müraciət edə bilərsiniz:
- GL LTD (GL) üçün - [email protected];
- “Taghiyev Operating Company” (TOC) üçün - [email protected];
- “Salyan Oil Limited” (SOL) üçün - [email protected].
Müraciət edildikdən sonra sizə prekvalifikasiya sənədləri təqdim ediləcək. Təchizatçılar sözügedən sənədləri doldurub geri göndərməlidirlər.
İlkin qiymətləndirmə üçün bütün müraciətlər daxili yoxlama və qiymətləndirmədən keçərək araşdırılır. Prekvalifikasiya sənədlərinin təqdim edilməsi GL və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak hüququna zəmanət vermir. Bu proses potensial təchizatçılar haqqında ilkin məlumatları təmin edir.
Prekvalifikasiya təchizatçıların GL və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak üçün ilkin siyahıya daxil edilməsinə zəmanət vermir.
https://www.linkedin.com/company/gllimited/