Gənclər və İdman Nazirliyi tərəfindən katriclərin satın alınması məqsədilə elan edilmiş açıq tender ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tender təklifi vermiş iddiaçıların sayının üçdən az olmasıdır.
Həmin tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tender ləğv edilib.
Həmin maddəyə əsasən tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.