GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ 2019-cu il üçün Gəncə şəhərinin küçələrinin əsaslı təmiri, işıqlandırma sistemlərinin yenilənməsi və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİB.
FED.az TENDER xəbər verir ki, Tender 3 lot üzrə keçiriləcək:
Lot – 1. Şəhərin küçələrinin əsaslı təmiri işlərinin satınalınması.
Lot – 2. Şəhərin küçələrində işıqlandırma sistemlərinin yenilənməsi işlərinin satınalınması.
Lot – 3. Əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən hər 3 lot üzrə öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderlə əlaqədar məlumat almaq istəyən iddiaçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs – Məlahət Salahova, telefon – (022) 256-10-39
Ünvan – Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati bina.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı Lot-1 - 250 manat, Lot-2 - 150 manat və Lot-3 isə 300 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:
Təşkilat – Gəncə Şəhər İcra Hakimiyyəti
H/h – AZ24CTRE00000000000002510631
VÖEN – 2300571241
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
–tenderdə iştirak etmək üçün yazılı müraciət;
–tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
–tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
–tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
–Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
–iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
–iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
–iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
–iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
–digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 aprel 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 may 2019-cu il saat 17.00-a qədər Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 8 may 2019-cu il saat 11.00-da Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Gəncədə geniş təmir işləri başlayır - TENDERLƏR
09:52
14 Mart 2019