Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində olan publik hüquqi şəxs - Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri"nin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: "Azərsu" ASC 410 min manata bu avadanlıqları aldı - TENDER
FED.az xəbər verir ki, 3 500 000 manatlıq tenderin qalibi "İnşaat-Servis-2" MMC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, bundan öncə "İnşaat-Servis-2" MMC Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması üzrə 2 milyon 170 min 500 manatlıq tenderini də qazanıb.