Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi təmir işləri ilə bağlı 4 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Fövqəladə Hallar Nazirliyinin Akademiya Kompleksinin İnzibati binasının dam örtüyünün 3 qat hidroizolyasiya işləri” tenderin qalibi “Şəhərgah” MMC olub.
Şirkətlə 185 649 manat məbləğində müqavilə imzalanıb.
“Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Səngəçal, Gəncə, Lənkəran, Qəbələ alaylarında və Şamaxı, Şəki taborlarında təmir işləri” tenderinin qalibi “Palma İnşaat” MMC olub.
Şirkətlə 118 661 manat məbləğində müqavilə imzalanıb.
Fövqəladə Hallar Nazirliyinin Aparatının Baki şəhəri M.Muşfiq küçəsi,501-ci məhəllə ünvanında yerləşən inzibatı binasında cari təmir işləri” tenderinin qalibi “B.R.İ.S. CONSULTİNG” MMC olub.
Şirkətlə 107 001 manat məbləğində müqavilə imzalanıb.
“Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən Mülki Müdafiə alayında təmir işləri” tenderinin qalibi “B.R.İ.S. CONSULTİNG” MMC olub.
Şirkətlə 123 770 manat məbləğində müqavilə imzalanıb.