Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti müxtəlif rayonlar üzrə fərdi yaşayış evlərinin bərpasına dair iki tenderin nəticələrini elan edib.
FHN iki rayonda evləri təmir edir - MƏBLƏĞ
FED.az xəbər verir ki, dövlət qurumu tenderin qaliblərinə toplamda 5 601 934 manat ödəyəcək.
Belə ki, 4 252 112 manat dəyərində olan “Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 69 ədəd fərdi yaşayış evlərinin bərpası və 1 ədəd fərdi yaşayış evində drenaj xəttinin çəkilməsi” tenderinin qalibi “Hidroqazma” MMC olub.
“Cənub bölgəsində 11 ədəd fərdi yaşayış evinin tikintisi, Bərdə rayonunda 1 ədəd fərdi yaşayış evinin bərpası, Şəki şəhərində 1 ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisi (13 ev)” tenderinin qalibi “Təməl Tikinti” MMC olub və 1 076 822 manat udub.
Qeyd edək ki, “Təməl Tikinti” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir və qanuni təmsilçisi Bəylər Abdullayev Tanırverdi oğludur.