Fövqəladə Hallar Nazirliyi (FHN) sentyabrda yekunlaşdırdığı, ümumi məbləği 2 milyon manata yaxın olan tenderlərin qaliblərini açıqlayıb. FED.az xəbər verir ki, nazirliyin sentaybrn 9-10 tarixlərində yekunlaşdırdığı tenderlərinin qaliblərilə ümumilikdə 1 milyon 235 min manatlıq müqavilə imzalanıb.
Tenderdə qalib gələn şirkətlər və bağlanan müqavilələrin məbləği aşağıdakı kimidir:
«Labservis LTD» MMC - FHN-nin Mülki Müdafiə Qoşunlarının laboratoriyası üçün laboratoriya avadanlıqları – 241 min manat
«Qaz Oil Building» MMC - Şəmkir rayonunda yerləşən FHN-nin tabeliyində olan qurumlara məxsus obyektlərin (MMQ-nin alayı, Su hövzələrinin mühafizəsi və XRXX-nin hissəsinin) xarici qaz təchizatı işləri – 374 min manat
«Avanqard UPS» - 2 ədəd 60 KVA və 1 ədəd 30 KVA Kəsilməz Qida Mənbəyi (UPS) 1 il üçün göstəriləcək servis xidməti – 7600 manat
«Genset Servis» - GPR 1125 KVA generatora servis - 2574 manat
«Piramida-F.R» MMC - FHN-nin inzibati binasının sərnişin liftlərinə aylıq texniki xidmət - 2124 manat
Ali Kadir oğlu Yağcıoğlu - FHN-nin Akademiyasının və Mülki Müdafiə qoşunlarının hərbi hissələrinin yeməkxana avadanlıqlarına texniki xidmətin göstərilməsi – 60 min manat
«Nurgün Motors» MMC - 5 ədəd Ford Transit BUS (14+1 seats) 2.2D M/T 155PS markalı avtomobilin alınması – 292 min manat
«Auto Azərbaycan» MMC - 1 ədəd Hyundai H350 (16+1) və 1 ədəd Hyundai County (28+1) avtobuslarının alınması – 196 min manat
«Elektra» müəssisəsi - FHN DYMX-nin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 22 №-li Yanğından Mühafizə Hissəsinin xarici elektrik təchizatı işləri – 60 min manat
«Piramida-F.R» MMC - Lift ehtiyat hissələri – 1500 manat