Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdirma Mərkəzi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: Bakı İcra Hakimiyyətindən böyük tender – MƏBLƏĞ 5 MİLYON MANATDAN ARTIQDIR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Qalib şirkətə 3,5 milyon manat ödəniləcək.