Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Nazirliyin fəaliyyət istiqamətləri üzrə təqdim olunan böyük həcmli məlumat və sənədlərin tərcüməsinin təşkil olunması , Nazirliyin fəaliyyət istiqamətləri üzrə təşkil olunacaq görüşlər zamanı ardıcıl tərcümə xidmətlərinin satın alınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.