Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və onun qəsəbələrinin məktəbəqədər təhsil müəssisələrində cari təmir işlərinin satınalınması üzrə tender elan edir.
Agentliyin 3.6 milyon manatlıq tenderini - 5 ŞİRKƏT UDDU - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 1 manatdır və son müraciət tarixi 05.10.2022-ci ilə kimidir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26.09.2022 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 05.10.2022 17:00 qədər Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 06.10.2022 15:00 tarixində Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.