Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi etender.gov.az saytında 2 tenderin vaxtını dəyişdirib.
Təhsil Nazirliyi təmir işləri üzrə böyük tender - ELAN EDİR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beyləqan rayonu, Kəbirli kənd 1 nömrəli 504 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə korpusun tikinti işlərinin satın alınması"na dair 9 sentyabr 2022-ci il tarixdə elan edilmiş açıq tender prosedurunun dərc edilmiş təkrar elanında səhvən ilkin sənədlərin qəbulu "09.09.2022-ci il" kimi qeyd edilib. İlkin sənədlərin qəbulu 29 sentyabr 2022-ci il tarixədəkdir.
Dövlət qurumunun digər tenderi 25 avqust 2022-ci il tarixdə "Saatlı rayonu, Azadkənd kənd 320 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satın alınması"na dair elan edilmiş açıq tender prosedurunun dərc olunmuş elanlarında səhvən ilkin sənədlərin qəbulu "26.09.2022-ci il" və 9 sentyabr 2022-ci il tarixdəki təkrar elanda "09.09.2022-ci il" kimi qeyd edilib.
İlkin sənədlərin qəbulu 29 sentyabr 2022-ci il tarixədəkdir.