Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin "Avadanlıqların satınalınması" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv etmə mətnində bildirilir ki, müsabiqənin adı ilə alınacaq mallara görə yanlış qeyd edildiyi üçün Tender komissiası tərəfindən ləğv edilib yenidən keçirilməsi məqsədə müvafiq hesab edilir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.