Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi təlim xidməti ilə bağlı üç kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, "Mentorluq, PMP, Proqramlaşma, CFA 1 təlimlərinin təşkili" kotirovka sorğusunun qalibi "Eduaz.CO" MMC (VÖEN: 2007248701) olub.
Şirkətlə 48 700 manat məbləğində müqavilə imzalanıb.
"Yeni Nəsil Kadrların Hazırlanması Təliminin təşkili üzrə Xidmətlər" kotirovka sorğusunun qalibi "Best Organizer" MMC (VÖEN: 1505791821) olub.
Şirkətlə 31 875 manat məbləğində müqavilə imzalanıb.
"Müştəriyə Yönəlmiş Yanaşmanın Əsasları təliminin təşkili" kotirovka sorğusunun qalibi "Təlim Konsaltinq və Tədbirlərin Təşkili Mərkəzi" MMC (VÖEN: 8401372771) olub.
Şirkətlə 43 985 manat məbləğində müqavilə imzalanıb.