Dövlət Təhlükəsizliyi Xidmətinin 1905 Sayli Hərbi Hissəsi müxtəlif malların alınması üçün 2 tender elan edib.
FED.az xəbər verirki, hərbi hissə (1) Elektrik malları və onların quraşdırılması işlərinin satın alınması, (2) Təsərrüfat mallarının satın alınması üzrə tener elan edib.
Satınalan təşkilatın VÖEN-i: 2001360891
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 18
Tender predmeti: Elektrik malları və onların quraşdırılması işlərinin satın alınması
ÜSL kod (kateqoriya) - 31681000-3 Elektrik aksesuarları,
Müsabiqənin başlama tarixi və vaxtı 14.09.2022 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 05.10.2022 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı 13.10.2022 12:00
Zərflərin açılış tarixi və vaxtı 14.10.2022 12:00
İştirak haqqı: 100 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
Musabiqənin adı: Təsərrüfat mallarının satın alınması
ÜSL kod (kateqoriya) - 30191000-4 Mebeldən başqa ofis avadanlığı,
Müsabiqənin başlama tarixi və vaxtı 14.09.2022 10:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 05.10.2022 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı 13.10.2022 11:00
Zərflərin açılış tarixi və vaxtı 14.10.2022 11:00
İştirak haqqı: 150 AZN
ÇATDIRILMA YERİ
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 18
ÇATDIRILMA MÜDDƏTİ
Müqavilə qüvvəyə mindiyi tarixdən sonra 10 bank günü ərzində
TƏLƏB OLUNAN SƏNƏDLƏR
Təşkilati və hüquqi sənədlər:
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir
İddiaçının Nizamnaməsi
Şirkətin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial təsdiq olunmuş pdf formatda portala əlavə edilməlidir
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış
Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - pdf formatda portala əlavə edilməlidir
İddiaçının Rekvizitləri
Şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı –pdf formatda portala əlavə edilməlidir.
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır - məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd
Statistika komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd –pdf formatda portala əlavə edilməlidir
Qeydiyyatdan keçdiyi ölkə
Şirkətin Dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vöeni notarial təsdiq olunmuş pdf formatda əlavə edilməlidir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyənnaməsi)
Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin üzərində "əsli ilə düzdür" göstərilməlidir --pdf formatda portala əlavə edilməlidir
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir.
İxtisas göstəriciləri:
Qeyd olunmuş prosedurlar üçün mətn
TENDER TƏKLİFİ
Texniki təklif: 0 bal
Qiymət təklifi:: 100 bal
Tender təklifinin qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 60 bank günü təşkil etməlidir
Tender təklifinin təminatının qüvvədə olma müddəti
Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır
Tender təklifinin təminatının məbləği
Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin qiymətinin təsviri
100
Qiymət təklifi malların qiymət dəyərindən başqa nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər bütün xərclər nəzərə alınmaqla göstərilməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Əlişah Əlişirov |
Məsul şəxs |
0555031905 |
Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların minimum sayı: 3
Təlimat
-
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-1.1-ci maddəsinə əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.
-
Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir.
-
Elektron satınalma zamanı bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır.
-
Tətbiqindən asılı olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur.
-
Elektron satınalmalarda təkliflərin təqdim edilməsi, açılması və qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təşkil edilir.
-
Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.
-
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
-
Tenderin əsas şərtlər toplusu/kotirovka sorğusu şərtləri, satınalan təşkilatla iddiaçılar arasında yazışmalar və təkliflər Azərbaycan Respublikasının dövlət dilində olmalıdır. Zərurət olduqda qeyd olunan sənədlər beynəlxalq ticarətdə geniş istifadə olunan dillərin birinə tərcümə oluna bilər.
-
Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.
-
Dövlət satınalmaları qanunvericiliyi və digər aidiyyəti normativ hüquqi aktlar ilə dövlət satınalmalarının vahid internet portalın Qanunvericilik hissəsində, Portalda fəaliyyət və qanunvericiliklə bağlı yaranmış suallarınızla bağlı dövlət satınalmalarının vahid internet portalının “Tez-tez verilən suallar” bölməsinə baxmağınız tövsiyə olunur.
-
Satınalan təşkilatın bu müsabiqənin həyata keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin (podratçının) qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır.
-
Satınalma müqaviləsi qüvvəyə minənə qədər, şikayət ona əsas vermiş hallardan malgöndərənin (podratçının) xəbər tutduğu və ya xəbər tutmalı olduğu vaxtdan 15 bank günü ərzində yazılı şəkildə satınalan təşkilatın rəhbərinə verilir.
-
Şikayət onu vermiş malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanının) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü (bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü) ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləcək tədbirlər göstərilir.
-
Şikayət vermək hüququ olan malgöndərən (podratçı) satınalma müqaviləsi qüvvəyə mindikdə və ya satınalan təşkilat 10 bank günü ərzində qərar çıxarmadıqda və ya çıxarılan qərardan şikayət verən razı qalmadıqda 15 bank günü ərzində İqtisadiyyat Nazirliyinə (müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə), yazılı olaraq AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 84 ünvanına məktub və ya [email protected] elektron poçt ünvanına göndərməklə şikayətini edə bilər.
-
Dövlət Xidməti şikayət üzrə 10 bank günü ərzində yazılı qərar çıxarmalı və həmin qərarda onun səbəblərini əsaslandırmalıdır.