“AZERBAIJAN RIGS” MMC 2020-ci il ərzində hüquq və vergi xidmətlərinin (xidmətlər) satın alınması məqsədilə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər 50 (əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalından tenderin şərtlər toplusunu və digər məlumatı əldə edə bilərlər.
Eləcə də bax: Bakı Konqres Mərkəzi 1,2 mln. manatlıq - MONİTOR ALIR - TENDER
Xidmətləri həyata keçirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
H/h- AZ90IBAZ40060029441112555120
VÖEN - 1402550251
Bank - “ABB” ASC-nin müştəri xidmətləri Departamenti
Kod - 805250
VÖEN - 9900001881
M/h- AZ03NABZ01350100000000002944
S.W.İ.F.T - IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
İddiaçılar sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 fevral 2020-ci il saat 12.00-dək, tender təklifi və bank təminatını isə 19 fevral 2020-ci il saat 12.00-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.
Elektron satınalmanın açılışı 20 fevral 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalında olacaqdır.