7 ildir ki, Azərbaycanda fəaliyyət göstərən “İnpeks.N” MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu məlum olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Eləcə də bax: İldə 200 tender udan şirkət - BÜDCƏYƏ VERGİNİ ÖDƏMİR - 7 MİLYON BORCU VAR
Məlumata əsasən, “İnpeks.N” MMC-nin 4 milyon 496 min 683 manat vergi borcu var.
Qeyd edək ki, sözügedən şirkət indiyədək dövlət tenderlərini ən çox qazanan biznes strukturdur. Bu şirkət 6 iyun 2013-cü ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ramazanov İntiqam Adil oğludur. “İnpeks.N” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov, ev 13, m. 34 ünvanında fəaliyyət göstərir.