Tam Store
Layihələrin idarə edilməsi üzrə mütəxəssis
Son tarix 22 dek 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- KPI göstəricilərinin izlənilməsi, kənarlaşmaların və trendlərin vaxtında müəyyən edilməsi;
- Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və vahid bazada birləşdirilməsi;
- Rəqəmlər əsasında təhlillərin aparılması, nəticələrin çıxarılması və qısa, aydın xülasələrin hazırlanması;
- Gündəlik, həftəlik və aylıq hesabatların müntəzəm və vaxtında hazırlanması;
- Layihələrin icra vəziyyətinin izlənilməsi və mümkün gecikmələr barədə direktorun vaxtında məlumatlandırılması;
- Görüşlərin təşkili, protokolların hazırlanması və verilən tapşırıqların icrasının izlənilməsi;
- Departamentlərarası koordinasiyanın təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, Power Query, şərti formatlama və dinamik cədvəllər);
- Power BI proqramı ilə işləmək bacarığı (məlumat modellərinin qurulması, DAX-ın əsasları və interaktiv dashboardların hazırlanması);
- PowerPoint proqramında rəhbərlik üçün aydın və vizual təqdimatlar hazırlamaq bacarığı;
- SQL üzrə baza biliklərinin olması (verilənlər bazasından məlumatların əldə edilməsi) üstünlükdür;
- Layihə idarəetməsinin əsasları (layihə mərhələləri, son icra tarixləri, risklər və məsuliyyət bölgüsü) üzrə biliklər;
- Diqqətlilik və dəqiqlik;
- Eyni vaxtda bir neçə tapşırığı idarə etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
- Məxfi məlumatlarla işləməkdə etibarlılıq;
- Proaktivlik, problemləri vaxtında müəyyən etmək və həll yolları təklif etmək bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Gərgin iş rejimində və qısa icra müddətləri çərçivəsində işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
- İqtisadiyyat, biznesin idarə edilməsi, statistika, informasiya texnologiyaları və ya oxşar ixtisaslar üzrə ali təhsil;
- Analitika, hesabatlıq və ya inzibati dəstək sahəsində ən azı 1–3 il iş təcrübəsi;
- ERP sistemləri (Logo Tiger, 1C, SAP və s.) ilə işləmək təcrübəsi üstünlükdür;
- Pərakəndə satış və ya FMCG sahəsində iş təcrübəsi üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihələrin idarə edilməsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.














