Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Balakən regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi xidmətinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Kürdəmirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 118 199 manatlıq tenderin qalibi "TOMPA GROUP" MMC olub.
Tenderlə Mərkəzdə təmizlik işləri görüləcək, 20 000 ədəd tibbi maska və 300 litr deizenfeksiya məhlulu alınacaq.
Xatırladaq ki, bundan əvvəl "TOMPA GROUP" MMC "İnnovasiyalar Mərkəzi" MMC-nin Bakı ş., H.Əliyev küç., 34 ünvanında yerləşən 2660 kv.m. ofis sahəsinin, 1300 kv.m. xidməti avtodayanacağının və Həsən Əliyev 36 küçəsində yerləşən 1700 kv.m. ofis sahəsinin gündəlik təmizlik işlərinin görülməsi üzrə 277 744 manatlıq tenderini udub.