Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi tenderlərinin qaliblərini açıqlayıb.
Eləcə də bax: Kapitalı 2 manat olan şirkət Qobustanda bina tikəcək – 3 MİLYON MANATLIQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, istehsalatla əlaqədar olaraq avadanlıq və qurğuların satın alınmasına 32 milyon 921 min 653 manat xərcləyib.
Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi “Kaskad hidro” MMC ilə səyyar nasos stansiyaların (SNP) satınalınması üçün 573 min manat, nasos aqreqatları və digər avadanlıqların satınalınması 15 milyon 657 min 900 manat məbləğində; “Ramma” MMC ilə istehsalat nəqliyyat vasitələrinin satınalınması üzrə 15 milyon 657 min 900 manat; "Gidromaşservis" QSC ilə xüsusi nasoslar və mühərriklər üçün aqreqatlar, hissələrin satınalınması üzrə 1 milyon 605 min 280 manat məbləğində müqavilələr bağlayıb.