Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu inzibati binalarında cari təmir işlərinin satın alınması üçün açıq tender elan edir.
FED.az xəbər verir ki, iştirak haqqı 250 (iki yüz əlli) manatdır və ödəniş heç bir halda geri qaytarılmır.
Son müraciət tarixi 22 aprel 2022-ci il saat 15.00-a qədərdir.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (təsdiq edilmiş formada);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (təsdiq edilmiş formada);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (rəsmi blankda);
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş formada);
- iddiaçının mikro, kiçik və ya orta sahibkarlıq subyekti olması barədə müvafiq sənəd (təsdiq edilmiş formada);
- iddiaçının son iki ildə təmir işləri sahəsində uğurla yerinə yetirlmiş və ya davam edən müqavilələrin sayı 2 və daha çox olmalıdır;
- işləri yerinə yetirəcək səriştəli heyət barədə məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 14 aprel 2022-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatını isə 22 aprel 2022-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 25 aprel 2022-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.