Dövət Sosial Müdafiə Fondu PHŞ (VÖEN: 1300050781) daha 2 tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan olunmuş tender çərçivəsində DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur. Tenderin ehtimal olunan qiyməti 30 milyon 182 min 257 manat təşkil edir. Tenderdə iştirak haqqı 4 min 527 manat, istifadə haqqı 25 manatdır.
Elan olunmuş ikinci tender çərçivəsində DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu tenderin ehtimal olunan qiyməti 24 milyon 894 min 668 manat təşkil edir. Tenderdə iştirak haqqı 3 min 734 manat, istifadə haqqı 25 manatdır.
İki tenderin birlikdə ehtimal olunan qiyməti 55 milyon 76 min 925 manat təşkil edir.
Əlaqələndirici şəxs: Zahir Əliyev - Satınalmaların təşkili və təchizat departamentinin müdiri / [email protected] / tel:+994 50 688 00 84













