“Azərpoçt” MMC (VÖEN: 9900037711) avtomobillərin alınması ilə bağlı tenderlər elan edib.
Dövlət qurumu 5 avtomobilin alışına – YARIM MİLYON AYIRDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 3 zirehli avtomobilin satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 372 min 870 manat, 3 yük avtomobilinin alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 238 min 950 manatdır. Bir zirehli avtomobilin alınması üçün ehtimal olunan qiymət 124 min 290 manat, bir yük avtomobilinin alınması üçün ehtimal olunan qiymət 79 min 650 manat təşkil edir.
Tenderlərdə iştirak haqqı 350 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Emin Ələkbərov - Satınalmaların təşkili şöbəsinin müdiri / [email protected] / +994 12 493 56 00













