Cənub Muğan Kanalının İstismarı İdarəsi 2022-ci il üçün nəzərdə tutulan Cənub Muğan magistral suvarma kanallarının lildən təmizlənməsi, kanalların yan tərəflərinin hamarlanması və istismar yolunun cari təmiri işlərinin satın alınması ilə əlaqədar tender elan edir.
Eləcə də bax: “Azərsu” ASC fərqli istiqamətlərdə 3 tender elan edir - DETALLAR
FED.az xəbər verir ki, iddiaçılar tenderdə iştirak üçün lazımi sənədləri 18 aprel 2022-ci il saat 18.00-a portal vasitəsilə təqdim etməlidir.
Tenderdə iştirak ödənişi 150 ( bir yüz əlli) manatdır. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs- Cəfərov İntiqam Əli oğlu.
Satınalan təşkilatın ünvanı- Biləsuvar şəhəri, H.Əliyev küçəsi 86.
Əlaqələndirici şəxsin E-mail: [email protected]
Əlaqə nömrəsi - 050-458-23-13.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
1. Tender təklifi 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir).
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).
8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi(asan xidmət tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması(vergi xidməti tərəfindən təqdim edilməli, son rübü əhatə etməli və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması(iddiaçı tərəfindən təqdim edilməlidir).
12. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması(Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).
13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3-cü və 13-cü sıralarda göstərilən sənədləri 18 aprel 2022-ci il saat 18.00-a (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış), tender təklifi və bank təminatını isə 26 aprel 2022-ci il saat 18.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 27 aprel 2022-ci il saat 18.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.