“Azərsu” ASC Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması (1), Binə qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması (2), “Ağ Şəhər” layihəsi çərçivəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması işlərinin satın alınması (3) üzrə 3 tender elan edir.
Eləcə də bax: “Azərsu” ASC tender elan edir - ŞƏRTLƏR
FED.az xəbər verir ki, hər 3 tender üzrə tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 20 aprel 2022-ci il saat 16.00-a kimidir və iştirak ödənişi 500 (beş yüz) manatdır.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs- Abışev Murad Çingiz oğlundan, telefon- + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: murad.abishev@azersu. az və Novruzov İntizam Cəmil oğlundan, telefon- + 99 412 431 47 67 – daxili 2259, E-mail: [email protected]) ala bilərlər. İşlərin qısa təsviri:
Su və kanalizasiya şəbəkəsinin tikintisi və digər əlaqədar işlər.
Təşkilat- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
VÖEN- 9900001751
Bank- “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı
Kod- 200112
VÖEN- 9900003611
Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111
Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 M/h- AZ37NABZ01350100000000001944
SWIFT- AIIBAZ2X
Tender iştirakçıları tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə; - iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır); - tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;
- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir); - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;
- malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiqlənmiş surəti təqdim edilməlidir);
- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat; - kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).