"Azəristiliktəchizat" ASC-nin İstilik Mübadilə Aparatları və Su Hazırlığı xidməti üçün lazım olan kimyəvi məhsullarının satınalınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müsabiqənin başlama tarixi və vaxtı 30.08.2022 17:45-a kimidir və iştirak ödənişi 250 manatdır.
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı isə 19.09.2022 18:00-a kimidir.
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə "düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3