Ağcabədi Rayon Kommunal Xidmət və Mənzil İstismar İdarəsi "Mənzil fondunun əsaslı təmir işlərinin” satın alınması üzrə tender elan edir.
İcra Hakimiyyəti tender - ELAN ETDİ - SİYAHI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 24.06.2022 12:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə - Nizamnamə, Reyesterdən çıxarış və VÖEN-nin əsli 2022-ci il aprel və ya may ayları ərzində notarial qaydada təsdiq olunmalıdır.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - vergi orqanı tərəfindən əvvəlki ilə təqdim olunmuş arayış olmalıdır. Elektron olduğu halda sənədin notarial təsdiqli forması təqdim edilməlidir.
Malgöndərənin (podratçının) Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - müvafiq orqan tərəfindən tender elanı tarixindən sonra təqdim olunmuş arayış olmalıdır.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş arayış olmalıdır
Rekvizitlər - rekvizitlər bankın rəsmi blankında təqdim olunmalıdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mehman İsmayılov
Əlaqə: 051-445-70-85