Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Bakı şəhəri, Abşeron, Sabirabad, Füzuli, Şabran və Ağcəbədi rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin və drenaj şəbəkəsinin təmiri işləri nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1300390531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 12.03.2024 11:06
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.04.2024 12:00
Zərflərin açılış tarixi və vaxtı: 08.04.2024 12:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fariz Abbasov, Sektor müdiri
Email : [email protected]
Əlaqə telefonu : +994124301530