Dövlət Mülki Aviasiya Administrasiyasının Tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda keçiriləcək tədbirlərin təşkil edilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1201884591
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11
Müsabiqənin başlama tarixi və vaxtı: 09.10.2023 09:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.10.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.11.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 07.11.2023 13:00
Ödəniş şərtləri : Köçürmə yolu ilə
Çatdırılma yeri : Bakı şəhəri, Azadlıq prospekti 11
Çatdırılma müddəti : 2023-cü il ərzində
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülbacı Zəkiyeva , Maliyyə-iqtisadiyyat idarəsinin mühasibi
Email: [email protected]
Əlaqə telefonu: 0552111096
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Nahar |
Gözlənilən 200 nəfər qonağın ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) 5gün* 200 qonaq üçün (Tədbir keçiriləcək ünvanda-Bakı şəhərinin mərkəzində) nahar.Hər gün üçün: sulu yemək- 2 növ, əsas yemək- 2 növ, qarnir- 2 növ, salat- 2 növ, təbii şirə və çörək. |
1.000 |
nəfər |
2 |
Çay və kofe fasiləsi |
Gözlənilən 200 nəfər qonağın ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) 5gün* 200 qonaq* 2 dəfə üçün (Tədbir keçiriləcək ünvanda-Bakı şəhərinin mərkəzində) çay və kofe fasiləsi.Hər gün üçün: -Çay-2 növ (qara və yaşıl), kofe-2 növ, süd, şəkər, şəkər tozu, şirniyyat-3 növ, çərəz -1 növ. Qeyd olunanlar gün ərzində 2 dəfə verilməlidir. |
2.000 |
nəfər |
3 |
Qala şam yeməyinin təşkil olunması |
Gözlənilən 200 nəfər qonağın ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) milli və avropa mətbəxi ilə qala şam yeməyinin təşkil olunması. Yəni hər bir gələn qonaq üçün 2 günlük qala şam yeməyi təşkil olunması nəzərdə tutulur. Ümumilikdə 200 nəfər* 2 gün = 400 nəfər. Şəhər mərkəzində hər hansısa bir prestijli restoranda.Musiqili və Şou proqramlı, Yerli və xarici Alkoqol içkilər daxil. |
400 |
nəfər |
4 |
2 Xarici mütəxəssis üçün ev kirayələnməsi |
(İki xarici mütəxəssis üçün nəzərdə tutulur-ən azı 2 otaqlı, günlük təmizlik, paltarların yuyulub ütülənməsi xidmətləri daxil olmaqla) şəhərin mərkəzi kücəsində, tam şəraitli olması şərtdir. |
24 |
ay |
5 |
Gözlənilən 150 nəfər qonağın ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) 6 günlük gecələmə haqqı.6 gün*150 qonaq (150 nəfər qonağın hər biri üçün 1 nəfərlik deluxe otaq) 1 gün=1 gecə kimi anlaşılsın.Yəni 900 günə veriləcək qiymət təklifi 900 gecə üçün nəzərdə tutulsun |
1. Səhər yeməyi daxil 2. 4* ulduzlu hotel, minibar daxil 3. Bakı şəhərinin mərkəzin hissəsində yerləşən 4. Sanitar-Epidemioloji sertifikatların və müvafiq qurumların lisenziya icazələrinin olması əsasdır. |
900 |
gün |
6 |
Gözlənilən 50 nəfər qonağın ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) 6 günlük gecələmə haqqı.6 gün*50 qonaq (50 nəfər qonağın hər biri üçün 1 nəfərlik deluxe otaq) 1 gün=1 gecə kimi anlaşılsın.Yəni 300 günə veriləcək qiymət təklifi 300 gecə üçün nəzərdə tutulsun |
1. Səhər yeməyi daxil 2. 5* ulduzlu hotel, minibar daxil 3. Bakı şəhərinin mərkəzin hissəsində yerləşən 4. Sanitar-Epidemioloji sertifikatların və müvafiq qurumların lisenziya icazələrinin olması əsasdır. |
300 |
gün |
7 |
Tədbirdə tərcümə xidmətləri |
Gözlənilən hər 200 nəfər ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) qonaq üçün dinləmə cihazları, masa üstü mikrafon və digər avadanlıqların icarəsi və tərcüməçi (ingilis və rus dilləri olmaqla, 2 dil üzrə sinxron tərcüməçi, sinxron tərcümə üçün avadanlıqla təchiz olunmuş tərcümə budkaları və hər bir qonaq üçün sinxron tərcüməyə aid qulaqcıqlar). Planlaşdırılan 200 nəfər qonaq üçün hər səfərində minimal olaraq 30 nəfər nəzərdə tutulsun. 7 dəfəlik səfər nəzərə alınaraq 5 günlük tərcümə xidmətinə qiymət təklifi verilsin. 5 gün* 7dəfə= 35 gün. Qonaqların sayına əsasən tədbir məkanında avadanlıqlar 30-50 nəfər üçün təchiz olunması nəzərə alınsın. |
35 |
gün |
8 |
Qonaqların aeroportdan qalacaqları otelə, oteldən tədbir məkanına, geri otelə və sonuncu gün aeroporat transferi. Qonaq sayına uyğun olaraq yüksək səviyyəli nəqliyyat vasitələrinin günlük transfer xidməti |
Əvvəlcədən tərtib ediləcək plana uyğun olaraq gözlənilən 200 nəfər ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) qonaqlar üçün qeyd olunan tutuma malik olan nəqliyyat vasitələri ilə günlük transfer xidməti xərcləri. Planlaşdırılan 200 nəfər qonaq üçün hər səfərində minimal olaraq 30 nəfər nəzərdə tutulsun. 7 dəfəlik səfər alınaraq 7 günlük ( Qonaqların 2 günlük sərbəst qrafikinə əsasən) Qonaq sayına uyğun olaraq 7 gün* 7 dəfə= 49 gün üçün yüksək səviyyəli nəqliyyat vasitələri ilə. Maşınlar hamsı VİP olmalıdır. |
49 |
gün |
9 |
Qonaqlar üçün Azərbaycanın tarixini əks etdirən suvenirlər |
Gözlənilən 200 nəfər ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) qonaqlar üçün Azərbaycanın tarixini əks etdirən suvenirlərin alınması ( Hər bir qonaq üçün milli musiqi alətlər kompazisiyasını əks etdirən suvenir, milli mini xalça, milli stakan və milli qab dəsti) |
200 |
ədəd |
10 |
Tədbir üçün konfrans zalının icarəsi |
Gözlənilən 200 nəfər ( Hər gəlişdə 30-50 nəfər nəzərdə tutulmaqla) qonaq üçün tədbirin keçirilməsi. Planlaşdırılan 200 nəfər qonaq üçün hər səfərində minimal olaraq 30 nəfər nəzərdə tutulsun. 7 dəfəlik səfər alınaraq 5 günlük icarəyə uyğun olaraq 5 gün* 7 dəfə= 35 gün üçün.Tədbir üçün dəyirmi masa və ya teatral şəkildə konfrans zalının icarəsi (Qonaqların gecələdikləri hotel daxilində və ya yaxın ətrafında).Tədbir keçiriləcək məkanının rahat və geniş olması üçün maksimum 100 nəfərlik zal nəzərə alınsın. |
35 |
gün |