"İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti “ProWein 2026” sərgisində ölkəmizin vahid stendlə təmsil olunması məqsədilə 99 kv.m-lik yerin icarəsi xidmətinin satın alınmasıdır. Müqavilənin məbləği 65 700 manat təşkil edir.
Müqavilə "Messe Düsseldorf GmbH" (VÖEN – DE 119 360 948) ilə bağlanıb.












